Azedu.az

Bu qrupda 4400 namizəd tələbə ola bilməyəcək

Maraqlı

10 Avqust 2024, 16:45
Bu qrupda 4400 namizəd tələbə ola bilməyəcək

“Bu qrupda 4400 nəfər tələbə ola bilməyəcək”

 

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

 

“Bu il ən gərgin vəziyyət III ixtisas qrupundadır. Belə ki, bu ixtisas qrupu üzrə müsabiqəyə 19865 nəfər buraxılır, ancaq plan yerləri 15459-dur. Göründüyü kimi 4400 nəfər şərtləri ödəyib, müsabiqəyə buraxılsalar da, qəbul ola bilməyəcəklər. Təbii ki, bu aşağı nəticə göstərən abituriyentlərdir. Hər il bu ixtisas qrupunda gərgin vəziyyət yaranır. Bu il də buraxılış imtahanında Ana dili (Azərbaycan dili) fənninin nəticəsinin keçən illə müqayisədə 16 bal artması 3-cü qrupa hazırlaşanların nəticələrinə təsir edir".

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox