Hər il müəyyən qədər tələbə prezident təqaüdünə layiq görülür.
Bəs, görəsən, bu il ixtisas qrupları üzrə hansı bal aralığı prezident təqaüdü almaq üçün kifayət edəcək?
Təhsil mütəxəssisi Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a açıqlama verib.
"Cari ildə prezident təqaüdü üçün ixtisas qrupları üzrə keçid balları aşağıdakı kimi formalaşa bilər: I ixtisas qrupu üzrə 685+; II ixtisas qrupu üzrə 665+; III ixtisas qrupu üzrə 680+; IV ixtisas qrupu üzrə 685+ olmağı planlaşdırılır".