Xəbər verdiyimiz kimi "Abituriyent 4" jurnalı nəşr olunub.
Bəs, görəsən, keçən illə müqayisədə ixtisas qrupları üzrə yüksək bal toplayanların sayı necə dəyişib?
Mövzu ilə bağlı təhsil ekspereti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.
Ekspert bildirib ki, 1-ci qruplar üzrə RK alt qrupunda keçən il 600+ toplayan 242 nəfər var idisə, bu il 504 nəfər olub:
"1-ci qruplar üzrə RK alt qrupunda keçən il 500+ toplayan 1310 nəfər var idisə, bu il 2432 nəfər, 2-ci qruplar üzrə keçən il 600+ toplayan 156 nəfər var idisə, bu il 271 nəfər, 2-ci qruplar üzrə keçən il 300+ toplayan 3600 nəfər var idisə, bu il 4600 nəfər olub. 3-cü qruplar üzrə isə TC alt qrupunda keçən il 500+ toplayan 97 nəfər var idisə, bu il 213 nəfər, 4-cü qruplar üzrə keçən il 600+ toplayan 344 nəfər var idisə, bu il 574 nəfər, 4-cü qruplar üzrə keçən il 500+ toplayan 1071 nəfər var idisə, bu il 1439 nəfər olub".