Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) hüquqşünaslıq ixtisasının məzunu Ramazan Əsgərxanov Ankara Universitetinin magistratura pilləsi üzrə özəl hüquq ixtisasına təqaüdlə qəbul olunub.
AzEdu.az xəbər verir ki, Ramazan bu il 97,09 balla “akademiya birincisi” adına layiq görülüb. O, 7 elmi məqalənin müəllifi və həmmüəllifidir. 27.12.2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tərəfindən “İlin Təqaüdçü Tələbəsi" Fəxri-Fərmanı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24.06.2023-cü il tarixli 3940 nömrəli sərəncamı ilə təsis edilmiş “Heydər Əliyev” adına təqaüdə layiq görülüb. 03.07.2023 - 07.07.2023-cü il tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Şıxlinskilər adına Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqə”də iştirak edərək 6 ali təhsil müəssisəsinin hüquq tələbələri arasından I yerə layiq görülüb.
23.05.2023-cü il tarixində Bakı Poltoloqlar Klubunun və ADA universitetinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “NHN və Brain-ring” intellektual oyununda II yerə layiq görülərək gümüş medal qazanıb.
Qeyd edək ki, Ramazan Əsgərxanov 2022-2023-cü tədris ili üzrə “Brend tələbə” seçilib.