AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
7 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
7 avqust 1964-cü ildə Vyetnam müharibəsi başladı:
ABŞ Konqresi ölkə prezidenti Lindon Consona (Lyndon Baines Johnson) Vyetnama əsgər göndərmə səlahiyyəti verdi.
7 avqust 2016-cı ildə İstanbulun Yenikapı rayonunda Türkiyə tarixinin ən böyük mitinqi - Demokratiya və Şəhidlər Mitinqi oldu:
Mitinqdə 5 milyon adam iştirak edirdi.
1919-cu ilin 7 avqustunda Türkiyədə Ərzurum Konqresi“Heyəti-Təmsiliyə” seçkisi ilə başa çatdı.
7 avqust 1930-cu ildə SSRİ və Azərbaycanın Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov Bakıda anadan olub:
Dünyanın müxtəlif muzeylərində sərgilənən natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, monumental freskaların (Bakıda Dövlət Kukla Teatrının binası) müəllifidir. Teatr və balet tamaşalarına bədii tərtibat verib. “Dədə Qorqud” filmində rəsmlərin müəllifidir, “Dantenin yubileyi” filmində epizodik rola (tamaşaçı) çəkilib. Rəssamlıqla yanaşı, vokal ifaçılığı ilə tanınıb. Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.
7 avqust 1931-ci ildə Xalq artisti Rəfiqə Hacı qızı Axundova anadan olub:
Opera və Balet Teatrının solisti, baş baletmeysteri olub. Əsas partiyaları: Gözəllər gözəli ("Yeddi gözəl", Q.Qarayev), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Jizel ("Jizel", A.Adan) və s