Azedu.az

Peşə təhsilinə qəbulla bağlı REKORD rəqəm

Maraqlı

5 Avqust 2024, 17:20
Peşə təhsilinə qəbulla bağlı REKORD rəqəm

Peşə təhsili müəssisələrinə maraq rekord səviyyəyə çatıb.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agenliyindən AzEdu.az-a bildirilib ki, son bir həftə ərzində 16458 nəfərdən 52540 müraciət daxil olub.

 

Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər 29 iyul – 12 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. 2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılır. Bu yerlərdən 23 185 dövlət sifarişli, 7775-i isə ödənişlidir. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.

 

Son müraciət tarixi 12 avqust 18:00-dır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox