Azedu.az

Təhsil eksperti deputatlığa namizədliyini GERİ ÇƏKDİ

Maraqlı

5 Avqust 2024, 10:23
Təhsil eksperti deputatlığa namizədliyini GERİ ÇƏKDİ
Təhsil eksperti Kamran Əsədov deputatlığa namizədliyini geri çəkib.
 
AzEdu.az xəbər verir ki, ekspert bu barədə öz rəsmi feysbuk hesabında paylaşım edib.
 
Həmin paylaşımı sizə təqdim edirik. 
 
Əziz dostlar, dəyərli neftçalalılar.
 
Bu gün sizlərlə vacib bir qərarımı paylaşmaq istəyirəm. Uzun müddətli düşüncələr və dəyərləndirmələr nəticəsində öz təşəbbüsümlə 70 saylı Neftçala seçki dairəsindən irəli sürdüyüm deputatlığa namizədliyimi geri çəkmək qərarına gəldim.
 
Bu qərarı vermək mənim üçün asan olmadı. Qərar qəbul edərkən birmənalı olaraq xalqımızın, dövlətin mənafelərini və gələcəyini ön planda tutdum. Bu müddət ərzində mənə dəstək olan, inanan və yanımda olan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Sizin etimadınız və dəstəyiniz mənim üçün hər zaman ən böyük motivasiya mənbəyi olub. Seçki prosesi mənə çox şey öyrətdi.
 
Mən Neftçalamın bir daha nə qədər mərd, qonaqpərvər, zəhmətkeş və dövlətçiyin yanında olduğunu gördüm.
 
Geridə qalan müddətin günunü sizinlə birlikdə addımladım, sizin səsiniz oldum. Sizlərin problemlərini, arzularını, ümidlərini dinlədim və onları öz ürəyimdə yaşatdım. Sizlərdən öyrəndiyim hər bir şey mənim üçün böyük bir dəyərdir. Bu yolda sizinlə olmaq mənim üçün bir şərəf idi.
 
Namizədliyimi geri çəkmək qərarı dövlətə, vətənimə xidmət etməkdən imtina etdiyim anlamına gəlmir. Əksinə, cəmiyyətimiz üçün daha çox çalışmağa, daha yaxşı bir gələcək qurmaq üçün fərqli yollarla davam edəcəyəm. Hamımızın ortaq məqsədi daha ədalətli, daha əmin-amanlıq içində və daha firavan bir cəmiyyət yaratmaqdır. Bu məqsəd doğrultusunda əlimdən gələni etməyə davam edəcəyəm.
 
Düşünürəm ki, ölkəmizdə elmin, ali və orta təhsilin inkişafına hazırkı mövqeyim ilə də faydalı ola bilərəm.
 
Mənə dəstək olan, etibar edən və inanan bütün neftçalalılara bir daha təşəkkür edirəm və bu seçki prosesinin sonunda qalibin yenə də böyük xalqımız olacağına əminəm.
 
Seçki demoktariyanın, əxlaqın, vicdanın, qanunların, mənəviyyatın işləkliyinin göstəricisidir.
 
İnşallah sonda bu dəyərlər də qalib gələcəkdir.
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox