Azedu.az

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

5 Avqust 2024, 10:08
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır.
 
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, avqustun 8-də 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.
 
Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00 dan aktivləşdiriləcək.
 
Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək.
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox