Azedu.az

“Tarixdə bu gün” - 5 avqust...

Maraqlı

5 Avqust 2024, 09:45
“Tarixdə bu gün” - 5 avqust...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

5 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

5 Avqust Azərbaycan Hərbi Donanması Günüdür:

 

Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər.

 

Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edildi. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım olub.

 

5 Avqust Beynəlxalq İşıqfor Günüdür:

 

Beynəlxalq İşıqfor Günü 1914-cü il avqustun 5-də baş vermiş bir hadisə ilə əlaqədar qeyd olunur. Belə ki, həmin gün ABŞ-in Klivlend şəhərində müasir işıqfor qurğularının ilk əcdadı meydana gəlmişdir. O, qırmızı və yaşıl fənərlərə malik idi və işıqlar dəyişən zaman səs siqnalı işə düşürdü.

 

Dünyaşöhrətli azərbaycanlı cərrah, akademik Mustafa Topçubaşov 1895-ci il 5 avqustda anadan olub:

 

Orijinal diaqnostik və cərrahi metodlar haqqında təkliflər verən alimin tədqiqatalrı əsasən qarın cərrahiyəsi problemləri və ifrat patologiyaya aiddir. (1895-1981)

 

İkinci Dünya Müharibəsinin gedişində - 1943-cü ilin 5 avqustunda uzun sürən ağır döyüşlərdən sonra Oryol şəhəri faşistlərdən azad olundu:

 

Oryol üzərində qələbə bayrağını azərbaycanlı hərbçi, o vaxt yefreytor rütbəsində olan Hüseyn Əjdərov sancıb.

 

Qeyd edək ki, Hüseyn Əsgərovun istifadə etdiyi silahlar hazırda Sankt-Peterburq hərbi muzeyində saxlanılır. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox