Azedu.az

Peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq

Maraqlı

Müəllimlər və elm adamları

Peşə Təhsili

29 İyul 2024, 11:28
Peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq

Yeni tədris ilindən peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq.

 

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə məlumat verib.

 

Bildirib ki, bura duronların texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmiriçisi, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, suvarma maşınları və nass qurğuları maşinisti aiddir.

 

Direktor vurğulayıb ki, ən çox müraicət olnan ixtisas aşbazlıqdır. Keçən il 7 mindən çox namizəd bu ixtisas üzrə müraciət edib. Bu il isə adiçəkilən ixtisas üzrə 1800-ə yaxın plan yeri ayırmışıq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox