Azedu.az

Ali məktəblərin sərgisində iştirak üçün qeydiyyat başlanıb

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

11 İyul 2024, 12:45
Ali məktəblərin sərgisində iştirak üçün qeydiyyat başlanıb

31 iyul – 2 avqust 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi təşkil olunacaq. Sərgidə ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələri təmsil olunacaqlar.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

 

Mərkəzdən bildirilib ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

 

Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, tədris proqramı, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

 

Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər.

 

Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.

 

//portal.dim.gov.az/sergi/

 

Qeyd edək ki, sərgi Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox