Bu gün ümumdünya əhali günüdür. Azərbaycan əhalisi 10180,8 nəfərdir.
Bəs, görəsən, statistikalara əsasən əhalinin neçə faizi təhsillidir?
AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə əlaqədar Dövlət Statistika Komitəsinə sorğu ünvanladıq.
Komitədən bildirildi ki, 2024-cü ilin əvvəlinə olan statistikaya əsasən təhsili olan 15 və yuxarı yaşda bütün əhalinin 7 811 min nəfəri təhsillidir:
“Əhalinin 786 min nəfər ümumiorta, 4 563 min nəfər tam orta, 730 min nəfər orta-ixtisas, 433 min nəfər peşə,1 299 min nəfər isə ali təhsillidir. Faiz nisbətinə əsasən 10,1 faizi ümumi orta, 58,4 faiz tam orta, 9,3 faiz orta-ixtisas, 5,6 faiz peşə, 16,6 faiz isə ali təhsillilərin hesabına düşür”.