Azedu.az

“Tarixdə bu gün” – 11 iyul...   

Maraqlı

11 İyul 2024, 09:10
“Tarixdə bu gün” – 11 iyul...   

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

11  iyul  tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

11 iyul ümumdünya əhali günüdür:

 

Bu əlamətdar tarix 1989-cu ildə BMT-nin Əhali Fondu tərəfindən təsis edilib. Bu günün qeyd olunmasında məqsəd ailə planlaşdırılmasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

 

Dünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd edilir.

 

 

11 iyul Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Abbas Səhhətin xatirə günüdür:

 

44 yaşında dünyasını dəyişən, rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən şair Abbas Səhhətin maarifçilik sahəsində xidmətləri böyük olub. O, bədii əsərlərdən əlavə dərsliklər yazıb, məktəb, kitabxana açıb.

 

Vətənin, xalqın taleyi Abbas Səhhət lirikasının əsas mövzusuolub. Əxlaq və tərbiyə məsələləri uşaqlar üçün yazdığı əsərlərin leytmotividir. (1874-1918)

 

11 iyul Srebrenitsa soyqırımını beynəlxalq anım günüdür:

 

1995-ci ilin iyulunda Srebrenitsada bir neçə gün ərzində 8000-dən çox müsəlman öldürülüb. Minlərlə dinc bosniyalının ölümünə görə məsuliyyət daşıyan serb millətçilərinin bu vaxtadək 4-ü ömürlük, 45-i isə müxtəlif illər üzrə həbs cəzasına məhkum edilib.

 

11 İyul ümumdünya şokolad günüdür:

 

Şokolad Günü (World Chocolate Day) ilk dəfə 1995-ci ildə Fransada qeyd edilib. Tez bir zamanda məşhurluq qazanaraq Almaniya, İtaliya, İsveçrə və digər Avropa ölkələrində, eləcə də Avropadan kənarda keçirilməyə başlanılıb.

 

Çox sevdiyimiz şokoladın və şokolad ağacının vətəni Mərkəzi və Cənubi Amerikadır. Əvvəllər içki kimi qəbul edilən bu şirniyyatın adı haqqında müxtəlif versiyalar var. Onlardan birinə görə, şokolad qədim astek sözü olub, "xocolatl" yəni, kakao paxlasından alınan içkinin adını bildirir. Mənası isə "acı su" kimi tərcümə olunur. Avropada "qara qızıl" adı ilə tanınması isə ispanlara məxsus olub

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox