Azedu.az

Akademiya birincisi “Brend tələbə” uğurunu gömrükçü şəhidə həsr etdi

10 İyul 2024, 17:49
Akademiya birincisi “Brend tələbə” uğurunu gömrükçü şəhidə həsr etdi

Gömrük Akademiyasının tələbəsi "Akademiya birincisi" seçilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə o, öz feysbuk hesabında paylaşıb.

 

Paylaşımda qeyd olunur:

 

"Əziz dostlar, mənə yaxın olan insanlar, böyük fəxr hissi ilə bildirmək istəyirəm ki, AR Dövlət Gömrük Komitəsinin Akademiyasını Akademiya birincisi, Hüquqşünaslıq ixtisasının birincisi və yeganə "Heydər Əliyev" təqaüdçüsü olaraq bitirdim. Akademik göstəricim  97.09 olmuşdur.


Birincilik diplomunu AR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı çox hörmətli cənab Şahin Bağırovdan almaq mənim həyatımda unudulmaz iz qoydu. Uğurumu gömrükçü şəhidimiz Ülvi Hacıyevə həsr edirəm. Bu uğuruma görə başda valideynlərim və müəllimlərim olmaqla, hər kəsə minnətdarlığımı bildirirəm. Hər biriniz zəhmətinizi halal edin".

 

Qeyd edək ki, o, AzEdu.az Təhsili Portalı ilə universitetlərin birgə layihəsi olan "Brend tələbə"nin qaliblərindən biridir. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox