Azedu.az

Xaricdə çarəsizlikdən oxuyanların heç bir üstünlüyü yoxdur

10 İyul 2024, 17:00
Xaricdə çarəsizlikdən oxuyanların heç bir üstünlüyü yoxdur

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanları yekunlaşmaq üzrədir. Hər il olduğu kimi bu il də təhsilini ölkə xaricində davam etdirmək istəyən abituriyentlər var.

 

Bəs, görəsən xaricdə təhsil almağın hansı üstünlükləri var? Xarici təcrübə tələbələrə nəyi vəd edir?

 

Mövzu ilə əlaqədar ABŞ-də müəllim işləyən, təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov AzEdu.az-a açıqlama verib.

 

Təhsil mütəxəssisi bildirib ki, xaricdə təhsil tələbələrə yeni baxış bucağı yaradır:

 

“Xaricdə təhsil almağın bir sıra üstünlükləri vardır. Bunlardan birincisi, tələbələrin yeni dil öyrənməsidir. Əgər onlar dil öyrənmək həvəsindədirlərsə, o zaman Estoniya, Finlandiya kimi ölkələrdə təhsil almağı məsləhət görərdim. Bundan başqa xaricdə təhsil yeni mədəniyyətlə tanışlıq, dünyagörüşünün zənginləşməsi, sosial cəhətdən inkişafı vəd edir.

 

Azərbaycanda oxumaq tələbələr üçün bir növ “komfort zona”dır. Çünki onlar ölkəni, eləcə də şəhəri tanıyır, hər şeyə agah olurlar. Ancaq fərqli ölkədə bir çox şey onlar üçün  yaddır.  Bu səbəbdən müəyyən qədər çətinlik çəkərək “komfort zona”larından çıxırlar. Əslində bu da yeni səriştələrin qazanılmasına əsas verir.

 

Akademik tərəfinə gəlincə isə, dünyanın inkişaf etmiş ölkələrində TOP500-də,  imkan varsa, TOP100-də olan universitetlərdə təhsil almaq, əlbəttə ki, Azərbaycandakı təhsildən üstün hesab olunacaq. Xarici ali təhsil müəssisələinin qazandırdığı səriştələr bazarın tələblərinə daha uyğundur.

 

Bir qisim tələbələr ölkəmizdə universitetə daxil olma bilmədiyi üçün xaricdə oxumağa üz tuturlar. Bu cür təhsil tələbələrə üstünlük qazandırmır. Azərbaycanda oxuyan tələbədən üstün qazancları, dəyərləri olmur. Bu cür çarəsizlikdən oxunulan universitetlər xarici təcrübə, dünyagörüşü, yeni nöqteyi-nəzər qazandıra bilər, amma akademik cəhətdən bir üstünlük daşımır.

 

Məhz inkişaf etmiş ölkələrin TOP 500-də yerləşən universitetlər oxumağa dəyərdir. Məsələn,bura Sinqapur, Yaponiya, Estoniya, Finlandiya, Amerika, İngiltərə və s. kimi ölkələr daxildir”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox