Azedu.az

Bu fənlər üzrə apellyasiya müraciətlərinə start verilib

Maraqlı

Müəllimlər və elm adamları

10 İyul 2024, 09:25
Bu fənlər üzrə apellyasiya müraciətlərinə start verilib
Tarix, coğrafiya və alman dili fənləri üzrə apellyasiya müraciətlərinə start verildi.
 
Bu barədə AzEdu.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. 
 
Mərkəzdən bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin tarix, coğrafiya və alman dili fənləri üzrə test imtahanının apellyasiya müraciətlərinə qəbul başladı. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.
 
Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
 
Qeyd edək ki, apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox