Azedu.az

Dövlət qulluğu üzrə imtahanın apellyasiya  nəticələri açıqlanıb

9 İyul 2024, 17:03
Dövlət qulluğu üzrə imtahanın apellyasiya  nəticələri açıqlanıb

30 iyun 2024-cü il tarixində keçirilən inzibati icraçı vəzifələr (B növü üzrə) üzrə dövlət qulluğuna qəbul imtahanından sonra Mərkəzin Apellyasiya Komissiyasına daxil olan müraciətlər araşdırılaraq təhlil olunmuşdur. İmtahanda istifadə olunan test tapşırıqlarının təkrar ekspertizası həyata keçirilmiş və onların məzmunu barədə mütəxəssis‑ekspertlərin rəyi alınmışdır.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, apellyasiya Komissiyasının qərarına əsasən, müxtəlif variantlarda işlədilən eyni məzmunlu qanunvericilik bloku üzrə 1 qapalı tipli test tapşırığın düzgün cavabı kimi iki cavab bəndi (etalondakı cavab bəndindən əlavə daha bir bənd) uyğun hesab edildiyindən həmin sualın düzgün cavabı olaraq aşağıdakı cavab bəndlərini seçən namizədlərin imtahan nəticəsinə müvafiq dəyişiklik edilməsi qərara alınmışdır.

 

Sual kitabçası

Tapşırığın nömrəsi

Digər düzgün cavab bəndi

BA növü üzrə A variantı

16

B

BA növü üzrə B variantı

18

A

BB növü üzrə A variantı

26

A

BB növü üzrə B variantı

28

A

 

Beləliklə, müvafiq sualın düzgün cavabı kimi yuxarıda qeyd olunan cavab bəndini seçmiş namizədlərin də imtahan nəticələrinə 1 (bir) bal əlavə olunmuşdur.

 

İmtahanda istifadə olunan digər tapşırıqlarda nəticələrə təsir edə biləcək elmi-metodiki yanlışlıq müəyyən olunmamışdır.

 

Bundan əlavə, imtahanda istifadə olunan və namizədlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının izahını da təqdim edirik. Namizədlər həmin tapşırıqların izahı ilə buradan tanış ola bilərlər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox