Azedu.az

Bu tarixdən etibarən magistraturaya qeydiyyat aparılacaq

Maraqlı

Müəllimlər və elm adamları

Magistratura

9 İyul 2024, 14:20
Bu tarixdən etibarən magistraturaya qeydiyyat aparılacaq

Bu gündən 18 iyuladək elektron qaydada magistraturaya qəbul olanların qeydiyyatı aparılır.

 

AzEdu.az xəbər verir ki, bunun üçün //portal.edu.az/ platformasında qeydiyyatdan keçmək lazımdır. Bakalavrların qeydiyyatdan keçməməsi bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.

 

Qeyd zamanı tələb olunur:


-Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);
-Şəxsiyyəti təsdiq edən sənədin surəti – 2 nüsxə;
-Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti – 2 nüsxə;
-3x4 sm ölçüdə rəngli fotoşəkil – 4 ədəd;
-Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;
-Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.

 

Qeyd edək ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox