Azedu.az

Abituriyentər imtahana buraxılış vərəqəsini çap edə bilərlər

Maraqlı

Müəllimlər və elm adamları

1 İyul 2024, 15:54
Abituriyentər imtahana buraxılış vərəqəsini çap edə bilərlər

Bakalavriat səviyyəsi üzrə Rəngkarlıq (10, 67), Qrafika (11), Heykəltaraşlıq (12) və  ümumi (9 illik) orta təhsil bazasında 311, 511, 711-ci komissiyalardan qeydiyyatdan keçmiş abituriyentlər rəsm fənni üzrə, Dekorativ tətbiqi sənət ixtisasının (15 saylı qabiliyyət imtahanı komissiyası) rəsm fənnindən müvəffəq qiymət almış abituriyentlər isə rəngkarlıq fənni üzrə imtahanda iştirak etmək üçün "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

 

Mərkəzdən bildirilib ki, "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar əksini tapıb.

 

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

 

Qrafiklə buradan tanış ola bilərsiniz. 

 

Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox