2024-cü il iyunun 30-da keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanda istifadə edilmiş qapalı tipli test tapşırıqlarının doğru cavab etalonları ilə müvafiq keçidlərdən (9 illik, 11 illik) tanış ola bilərsiniz.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır.
Qeyd edək ki, yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin bir həftədən sonra elan edilməsi nəzərdə tutulur.