Azedu.az

DİM TOEFL iBT imtahanı keçirəcək

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

27 İyun 2024, 15:03
DİM TOEFL iBT imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzində iyunun 29-da TOEFL iBT imtahanı keçiriləcək.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 29 iyun 2024-cü ildə Dövlət İmtahan Mərkəzinin Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən elektron imtahanlar korpusunda təşkil olunacaq.

 

İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

 

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

 

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox