Sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modeli sınaqdan keçiriləcək.
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bundan əvvəl səriştə modelinin sonuncu versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq:
O əlavə edib ki, səriştə modelinə əsaslanan qəbul daha keyfiyyətli, bacarıqlı dövlət qulluğunda bütün prosesləri şəffaf keçirməyə imkan verəcək.