Azedu.az

Beynəlxalq seminar:“Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” 

24 İyun 2024, 11:06
Beynəlxalq seminar:“Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” 

24 – 25 iyun 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə Bakı şəhərində “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar keçirilir.

 

AzEdu.az xəbər verir ki,tədbirdə Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Şimali Makedoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət sektorunda insan resurslarının idarə edilməsi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan rəsmi qurumların nümayəndələri, Dövlət İdarəçilik Akademiyalarının rektorları iştirak edirlər.

 

Seminarın məqsədi dövlət qulluğunda səriştə əsaslı seçim və qiymətləndirmə sahəsində qabaqcıl təcrübəni bölüşmək, bu sahədə əldə edilmiş bilikləri paylaşmaq, eyni zamanda ölkələrin dövlət qulluğu üzrə rəhbər şəxsləri və mütəxəssisləri arasında dövlət qulluqçularının inkişafına dair müasir təcrübələr üzərindən müzakirələr aparmaqdır. Səriştə modelinə keçid dövlət qulluğuna daha peşəkar, bacarıqlı, şəxsi keyfiyyətləri yüksək olan dövlət qulluqçularının cəlb olunmasını təmin edir. Bu da nəticədə dövlət qulluğunun səmərəliliyini və vətəndaşlara dövlət adından göstərilən xidmətlərin şəffaflığını və effektivliyini təmin edir.

 

Tədbir DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin açılış nitqi ilə başlanıb. Sədr seminarın təşkil edilməsində dəstəyinə görə Astana Regional Xabın rəhbərliyinə minnətdarlığını bildirib, həmçinin seminarda iştirak edən xarici və yerli tərəfdaşlara, ekspertlərə tədbirə qatacaqları töhfəni yüksək qiymətləndirərək təşəkkür edib. Sədr qeyd edib ki, bu tədbirlər bizə digər ölkələr ilə mövcud sistemlərimizi müqayisə etməyə, onların mənfi və müsbət tərəflərini təhlil edərək gələcək inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verir.

 

Daha sonra Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov və Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Darxan Jazıkbay da açılış sessiyasında öz fikirlərini bölüşüblər.

 

Seminarın iki gün davam etməsi nəzərdə tutulur.

 

Tədbirin ilk günü Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Darxan Jazıkbay və Gürcüstanın Dövlət Qulluğu Bürosunun rəhbər müavini Maya Dvalişvili dövlət qulluğu sistemi və son yeniliklər barədə ölkə təcrübələrini bölüşüblər.

 

Eyni zamanda Qazaxıstan İnsan Resursları Menecerləri Assosiasiyasının Koordinasiya Şurasının sədri Gülmira Raissova “Strateji insan resursları və istedadların idarə edilməsi”, Şimali Makedoniya Respublikasının Tetova Universitetinin professoru Yahi Yahiya “Dövlət sektorunda kadrlarının işə qəbulu: müqayisəli yanaşma”, DİM-in Səriştələrin və peşəkər potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov isə “Azərbaycanda səriştə əsaslı qiymətləndirmə: inkişaf, alətlər və çağırışlar” adlı təqdimatlarla çıxış ediblər.

 

Seminarın növbəti günü isə yerli dövlət qurumlarının müvafiq struktur bölmlərinin rəhbərləri tərəfindən təqdimatların nümayişi nəzərdə tutulur.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox