Azedu.az

Sertifikasiya: Quba-Xaçmaz RTİ-dən bu qədər müəllim...

Maraqlı

Müəllimlər və elm adamları

7 İyun 2024, 10:04
Sertifikasiya: Quba-Xaçmaz RTİ-dən bu qədər müəllim...

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 1078 nəfər sertifikasiyaya cəlb olunacaq.

 

Bu barədə AzEdu.az-a Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

 

İdarədən bildirilib ki, 65 Azərbaycan dili, 412 Riyaziyyat, 378 İngilis dili, 135 Rus dili, 38 Rus dili və ədəbiyyatı, 5 Fransız dili, 14 Alman dili, 31 İbtidai sinif üzrə təhsilverənlər 2024-cü ildə sertifikasiyaya cəlb olunacaqlar.

 

Qeyd edək ki, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.



İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox