Azedu.az

Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub

5 İyun 2024, 20:16
Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub

Bəhruz Nəbili Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub.

 

Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. 

 

İdarədən bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Bəhruz Nəbili Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub.

 

Qeyd edək ki, Bəhruz Nəbili 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində təhsil alıb. 2002-ci ildən Biləsuvar rayon X.Qafarov adına İsmətli kənd tam orta məktəbində coğrafiya müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

 

2011-2015-ci illərdə müxtəlif layihələrdə təlimçi kimi fəaliyyət göstərib. 2016-cı ildən Biləsuvar rayon V.Rüstəmov adına Ağayrı kənd tam orta məktəbində və 2019-cu ildən isə Biləsuvar rayon X.Qafarov adına İsmətli kənd tam orta məktəbində direktor kimi çalışıb.

 

2013-2014-cü tədris ili üzrə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi, 2017-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Fəxri Fərman"ı ilə təltif olub. 2021-ci ildən isə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Məktəb inspektoru” vəzifəsində fəaliyyət göstərib. 

 

2022-ci ilin iyun ayının 2-dən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.

 

Evlidir, 2 övladı var.

 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox