Azedu.az

Təhsil sosial ədaləti bərqərar etmək iddiası daşıyır - RƏY

Maraqlı

Müəllimlər və elm adamları

31 May 2024, 10:31
Təhsil sosial ədaləti bərqərar etmək iddiası daşıyır - RƏY

“Müəllim sinifdə bütün şagirdlərə aiddir və hamıya eyni qədər baxmalı, qayğı göstərməli, differensial, amma ədalətli davranmalıdır”.

 

Bu sözləri AzEdu.az-a danışan təhsil mütəxəssisi Qoşqar Məhərrəmov qeyd edib.

 

Q.Məhərrəmov bildirib ki, təhsil sosial ədaləti bərqərar etmək iddiası daşıyır:

 

“Maddi və qeyri-maddi resursların paylanmasında ədalət prinsipinin qorunması vacibdir. Əgər resurs sizin şəxsinizə aiddirsə, onda istədiyinizə istədiyiniz qədər ayıra, verə bilərsiniz. Sizə aid olmayan resursları isə ədalətlə paylamalısınız. Ədalət hər zaman olmasa da, çox zaman bərabərliyi lazım edir.

 

Müəllim sinifdə bütün şagirdlərə aiddir və hamıya eyni qədər baxmalı, qayğı göstərməli, differensial, amma ədalətli davranmalıdır. Direktor diqqəti, mükafatı, bonusu yenə ədalətli formada bölüşdürməlidir. Ən yuxarı səviyyədə büdcə yenə ədalətli formada məktəblər, şəhərlər, regionlar arasında paylanmalıdır.

 

Fundamental ehtiyaclar qarşılanmalı, sonra digər ehtiyac haqqında düşünülməlidir. Fundamental ehtiyaclar dedikdə düşündüyüm qəzalı, qazsız, internetsiz, direktorsuz məktəbin qalmamasıdır. Bunların həllinin gecikməsində bilirəm ki, əsaslı səbəblər var.

 

Ancaq heç bir üzrlü səbəb uğurun yerini tuta bilməz. Zaman bizi gözləmir. Məhrumluqla keçən hər gün hansısa uşağı bir-neçə addım geriyə salır. Təhsil isə sosial ədaləti bərqərar etmək iddiası daşıyır”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox