Azedu.az

Magistratura: Qabiliyyət imtahanlarına qeydiyyat DAVAM EDİR

Maraqlı

Müəllimlər və elm adamları

Magistratura

Dövlət İmtahan Mərkəzi (DİM)

22 May 2024, 09:41
Magistratura: Qabiliyyət imtahanlarına qeydiyyat DAVAM EDİR

Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 23 may saat 23:59-dək aparılacaq.

 

AzEdu.az xəbər verir ki, qeydiyyatdan keçən bakalavrlar mayın 27-dən etibarən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Qabiliyyət imtahanlarının iyun ayının birinci yarısında keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və qeyri məqbulla qiymətləndirilir. Qabiliyyət imtahanlarından məqbul qiymət alan bakalavrlar müsabiqədə test imtahanının nəticəsi ilə iştirak edirlər.

 

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti” və “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə xüsusi buraxılışlarından əldə etmək mümkündür.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox