14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir.
AzEdu.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, cari ilin qrafikinə uyğun olaraq, ali təhsil müəssisələrinin institutsional, eyni zamanda, proqram akkreditasiyası həyata keçirilir. İdarə Heyətinin sədri qeyd edib ki, ixtisaslar üzrə akkreditasiya ölkəmizdə yenidir:
"İlk olaraq, ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir, təəssüf ki, ilkin məlumatı paylaşa bilmirik. Hazırda proses gedir. Tədrisi həyata keçirilən 14 müəssisədə bu proses il boyu həyata keçiriləcək".