Azedu.az

DİM müsabiqə elan edib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

6 May 2024, 09:39
DİM müsabiqə elan edib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı müsabiqə elan edilib.
 
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 
Mərkəzdən bildirilib ki, müsabiqə aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:
 
Onlayn qeydiyyat
Test imtahanı
Müsahibə
 
Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı 2 iyun 2024-cü il tarixində keçiriləcək.
 
Qeyd edək ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin saytında 22 may saat 18:00-dək aparılacaq.
 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox