Azedu.az

Qazax-Tovuz bölgəsində uşaqların 19%-i bağçayla təmin olunub

Maraqlı

3 May 2024, 16:19
Qazax-Tovuz bölgəsində uşaqların 19%-i bağçayla təmin olunub

Bölgələrdə, xüsusən də dağlıq rayonlarda  bağçaların sayının azlığı ilə bağlı tez-tez valideynlər narazılıq edirlər. 

 

AzEdu.az Təhsil Portalı olaraq bağçaların sayını öyrənmək məqsədi ilə sorğu keçiririk. Bu dəfəki sorğumuzu Qazax-Tovuz Regional Təhsil İdarəsinə ünvanladıq.

 

İdarədən sorğumuza cavab olaraq bildirildi ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində 160 uşaq bağçası fəaliyyət göstərir:

 

Şəmkir rayonu üzrə 51;

 

Ağstafa rayonu üzrə 34;

 

Tovuz rayonu üzrə 41;

 

Qazax rayonu üzrə 26;

 

Gədəbəy rayonu üzrə 8 bağça fəaliyyət göstərir.

 

Həmçinin, hazırda Qazax-Tovuz Regionu üzrə bağça yaşlı uşaqların 19%-i bağça ilə təmin edilib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox