Azedu.az

Naxçıvanda magistraturaya 2-ci cəhd qəbul imtahanı keçirilib

Maraqlı

Müəllimlər və elm adamları

Magistratura

Dövlət İmtahan Mərkəzi (DİM)

28 Aprel 2024, 15:05
Naxçıvanda magistraturaya 2-ci cəhd qəbul imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirib.

 

AzEdu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında iki binada təşkil olunan imtahanlarda 536 bakalavr iştirak edib.

 

44 zalda keçirilən imtahanın idarə olunmasına 6 rəhbər, 53 nəzarətçi cəlb edilib.

 

İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq.

 

İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun bal elan olunduqdan sonra baxılacaq və bu zaman yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər qəbul olunacaq.

 

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox