Azedu.az

DİM TOEFL iBT imtahanı keçiriləcək

2 Aprel 2024, 09:42
DİM TOEFL iBT imtahanı keçiriləcək

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 3 aprel 2024-cü ildə təşkil olunacaq.

 

Dövlət İmtahan Mərkəzi AzEdu.az-a bildirib ki, imtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

 

İmtahan saat 09:00-da başlanır.

 

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

 

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox