IX və XI sinfi cari ildə bitirənlər buraxılış imtahanının nəticələri əsasında kolleclərin müsabiqəsində iştirak edirlər.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzi tərəfindən məlumat verilib.
Bildirilib ki, imtahan vermədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavrlar 11 may – 31 iyul tarixlərində qeydiyyatdan keçməlidirlər.
Ümumi qaydada imtahanlarda iştirak edərək ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar isə 1 – 15 mart tarixlərində qeydiyyatdan keçə bilərlər.