Azedu.az

“Örnək müəllim” ingilis dilini necə tədris edir? - METODLAR

Maraqlı

Müəllimlər və elm adamları

8 Fevral 2024, 15:19
“Örnək müəllim” ingilis dilini necə tədris edir? - METODLAR

AzEdu.az təhsil portalının “Örnək müəllimlər” layihəsində  peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən müəllimlər yer alır.

 

Onlardan biri də Bakı şəhəri 207 saylı tam orta məktəbin İngilis dili müəllimi Reyhan Rzayevadır.

 

Müəllim dərs zamanı istifadə etdiyi metodları AzEdu.az-a bölüşüb:

 

“Dərslərimdə əsas məqsədim şagirdlərdə ingilis dilində 4 əsas dil bacarığı olan: dinləyib-anlama, oxuyub-anlama, şifahi ünsiyyət və yazı bacarıqlarını formalaşdırıb inkişaf etdirməkdir. Dərslərimi kurrikulum standartlarına uyğun planlaşdırıram və qrup müzakirələri və cütlərlə işlərdən istifadə edirəm.

 

Şagirdlərimin müxtəlif öyrənmə üsulları və ehtiyacları olduğunu nəzərə alaraq, onlara uyğun materiallar və qiymətləndirmə təşkil edirəm. Həmçinin yaradıcılıq ilk sıralarda yer alır. Belə ki, müxtəlif rollu oyunlar və yazı tapşırıqları həm şagirdlərin dil bacarıqlarını, həm də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Bundan əlavə, dərslərimdə hər zaman dil qaydalarına əsaslanan tapşırıqlardan istifadə edirəm, çünki qrammatika dilin təməlini təşkil edir”.

 

Həmsöhbətimiz dərsin məqsədini təkcə dil biliklərini formalaşdırmaq deyil, eyni zamanda şagirdlərdə elmə həvəs oyatmaqdan ibarət olduğunu qeyd edib:

 

“XXI əsr “Müasir texnologiyalar əsri” adlandırılır. Buna görə də, dərslərimizi rəqəmsal texnologiyalar olmadan təsəvvür etmək olmaz. Texnologiyanın gücündən istifadə edərək, müxtəlif rəqəmsal texnologiya və resursları dərslərimə inteqrasiya edirəm. Onlayn platformalar, interaktiv oyunlar və multimedia təqdimatları şagirdlərin fəallığını artırır və zəngin təlim materiallarına çıxışı təmin edir. Dərslərimdə məqsədim təkcə dil biliklərini formalaşdırmaq deyil, həm də şagirdlərdə elmə, biliyə həvəs və məhəbbət oyatmaqdır. Şagirdlərimin uğurlarını gördükcə, əlbəttə, bir müəllim olaraq, sevinir və qürur duyuram”, - deyə fikrini yekunlaşdırıb.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox