Azedu.az

I və III qrupların altqruplarını seçənlər imtahan verəcək

5 Fevral 2024, 14:12
     I və III qrupların altqruplarını seçənlər imtahan verəcək

Məlum olduğu kimi, 11 fevral 2024-cü il tarixində I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupı üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər.

 

AzEdu.az xəbər verir ki, həmin abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.   

 

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

 

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

 

- İmtahana buraxılış vərəqəsi;

-  Şəxsiyyəti təsdiq edən sənədin əsli.

 

Qeyd: I-IV ixtisas qrupları üzrə fevralın 18-də keçiriləcək sınaq imtahanı üçün buraxılış vərəqələri bu həftə ərzində saytımıza yerləşdiriləcək.

 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox