Azedu.az

"Örnək müəllim" "İlin gənci" nominasiyasına layiq görülüb

Maraqlı

Müəllimlər və elm adamları

2 Fevral 2024, 17:50

Lənkəranda “İlin gənci” nominasiyaları üzrə mükafatlar təqdim olunub. Azərbaycan Gəncləri Günü və Lənkəran şəhərinin 2024-cü il üçün “Gənclər paytaxtı” seçilməsi münasibətilə keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

 

AzEdu.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

 

Sonra Lənkəran Dövlət Universitetində “İlin gənci” nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib.

 

Mükafata layiq görürülənlərdən biri də "Örnək müəllim" olan Arifə Məmmədovadır.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

 

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini İndira Hacıyeva təqdim ediblər.

 

Qeyd edək ki, mükafatlandırılma mərasimindən sonra nazir Fərid Qayıbov gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.

 

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox