Azedu.az

Təcrübə proqramının imtahan mərhələsinin vaxtı açıqlanıb

Maraqlı

Müəllimlər və elm adamları

Tələbə və şagird

23 Yanvar 2024, 15:14
Təcrübə proqramının imtahan mərhələsinin vaxtı açıqlanıb

Yanvarın 28-də “Maarifçi” tələbə-məzun təcrübə proqramının imtahan mərhələsi keçiriləcək.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 

Nazirlikdən bildirilib ki, proqram üzrə imtahanın ilk mərhələsi test formatında keçiriləcək. İştirakçılara testin keçirilmə vaxtı və yeri barədə məlumat SMS vasitəsilə göndəriləcək.

 

İmtahanın test mərhələsində yüksək bal toplayan 100 nəfər müsahibəyə dəvət olunacaq.

 

Qeyd edək ki, təcrübə proqramına ümumilikdə 1958 nəfərin müraciəti qeydə alınıb. İlkin yoxlama zamanı 690 müraciət imtahan mərhələsi üçün uyğun hesab olunub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox