2019-2023- cü illərdə "Scopus" elmmetrik bazasında indekslənən jurnallarda elmi işləri dərc olunan ilk 5 institutun göstəriciləri açıqlanıb.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a məlumat verilib.
Qeyd edilib ki, ölkə üzrə ilk 5- liyə daxil olan institutlar Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Qrafikə əsasən son 5 il üzrə ən yüksək nəticə 549 elmi İşlə Riyaziyyat və Mexanika İnstitutuna aiddir.
2023- cü ildə nəşr olunan elmi işlərin sayına görə isə İdarəetmə Sistemləri İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu və Fizika İnstitutu ilk üçlükdə təmsil olunur.