Azedu.az

DİM-də növbəti təlim təşkil olunub

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

16 Yanvar 2024, 15:16
DİM-də növbəti təlim təşkil olunub

“Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 15 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib.

 

Təlim zamanı Mərkəzin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Lalə Qədirova iştirakçılara dövlət qulluğuna dair qanunvericilikdə istifadə olunan əsas anlayışlar, dövlət orqanlarının kateqoriyaları və dövlət qulluğu vəzifələrinin təsnifatları, dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması prosedurları, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, dövlət qulluqçularının mükafatlandırılması və intizam məsuliyyəti, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və digər məsələlər barədə məlumat verib. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil olunacaq.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər.

Havada toqquşma - İsr@il və Türkiyə qırıcıları qarşı-qarşıya gəlib
Son xəbərlərDaha çox