Azedu.az

DİM-də “Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib

Maraqlı

Müəllimlər və elm adamları

Magistratura

Dövlət İmtahan Mərkəzi (DİM)

12 Yanvar 2024, 11:07
DİM-də “Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib

“Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib.

 

AzEdu.az xəbər verir ki, jurnalda ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılma və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib. 

 

Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib. Hər bir fənn üzrə jurnalda verilən "QR" kodu "skan" etməklə müvafiq audiofayla birbaşa keçid edə və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirə bilərsiniz.

 

Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

 

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox