Azedu.az

DİM GRE General Test imtahanı keçirib

21 Dekabr 2023, 15:41
DİM GRE General Test imtahanı keçirib

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan 21 dekabr 2023-cü il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

İmtahanda 16 nəfər iştirak edib.

 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

 

Növbəti GRE General Test imtahanının 22 fevral 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/activities/exams/gre/

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox