Azedu.az

“Dövlət qulluğu vəzifələrinin tutulması" məqsədilə təlim təşkil edilib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət qulluğu

Dövlət İmtahan Mərkəzi (DİM)

1 Dekabr 2023, 15:03
“Dövlət qulluğu vəzifələrinin tutulması

1 dekabr 2023-cü iltarixində Dövlət İmtahan Mərkəzinin Müsahibələrin təşkili şöbəsinin müdiri Xədicə Əzimova, həmin şöbənin aparıcı məsləhətçisi Kamran Səfərov və Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilib. 

 

AzEdu.az xəbər verir ki, təlimdə müsahibələrə müstəqil ekspert qismində cəlb olunan şəxslər iştirak ediblər.

 

Təlimdə iştirakçılara müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibənin məqsədi, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib. Habelə, təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən, müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib.

 

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox