29 noyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Təşkilatdaxili qiymətləndirmə və nəticələrə uyğun olaraq əməkdaşların təlim ehtiyaclarının müəyyənləşdirilməsi” mövzusunda Gənclər və İdman Nazirliyinin əməkdaşlarının iştirakı ilə təlim təşkil edilib.
AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılara təlim ehtiyaclarının müəyyənləşdirilməsinin vacibliyi müxtəlif nümunələrlə vurğulanıb, eləcə də müxtəlif ehtiyacların müəyyənləşdirilməsi üsulları öyrədilib. Eyni zamanda, əməkdaşlarla qarşılıqlı fikir mübadiləsi və rol oyunları həyata keçirilib. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Qeyd edək ki, dövlət qurumları, özəl sektorlar və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.
Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.