Azedu.az

Dövlət İmtahan Mərkəzi təlim təşkil edib

28 Noyabr 2023, 15:15
Dövlət İmtahan Mərkəzi təlim təşkil edib

28 noyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsində istifadə olunan müasir qiymətləndirmə alətləri” mövzusunda təlim təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılar insan resursları sahəsində qiymətləndirmənin əhəmiyyəti və müxtəlif ölçmə alətləri barədə nəzəri və praktiki biliklər qazanıblar. Bununla yanaşı, təlim ərzində qrup işləri vasitəsilə iştirakçılar arasında ölçmə alətlərinin tətbiqi monitorinqi aparılaraq interaktiv müzakirələrə yer verilib. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

 

Qeyd edək ki, dövlət qurumları, özəl sektorlar və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox