İngilis dili fənnindən iclasda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.
AzEdu.az xəbər verir ki, iclasda Niderlandın “İmtahan və sertifikasiya üzrə tədqiqat mərkəzi”nin (RCEC, Research Centre for Examination and Certification) direktoru Arnold Brauer iştirak edib. DİM-in şöbə müdirləri – Afiqə Batıyeva, Könül Hacıyeva, DİM-in sektor müdiri Elmir Şirinov və işçi qrupunun rəhbəri Şəhla Nağıyeva ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları üçün proqramlar, imtahan modelləri, həmçinin DİM-in nəşr etdiyi dərs vəsaiti və 1-11-ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabları haqqında geniş məlumat veriblər. Sonda Arnold Brauer görülmüş işlərə dair öz təkliflərini verib və iştirakçılara işlərində uğurlar arzulayıb.
Azərbaycan dili fənni üzrə iclasda ümumi orta (9 illik) və Azərbaycan dili (dövlət dili) fənnindən isə tam orta (11 illik) təhsil səviyyələri üzrə imtahan modellərinə uyğun tapşırıq nümunələrinin müzakirəsi aparılıb.
İnformatika fənnindən iclasda isə I ixtisas qrupu üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanları üçün hazırlanmış tapşırıqların müzakirəsinin davamı olub.
Hər bir tapşırığın müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluğu yoxlanılıb.
Qeyd edilən məsələlərlə bağlı iştirakçılar fikirlər bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclası 27 noyabr 2023-cü il tarixində olacaq