17 noyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim təşkil edilib. Təlimdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşları iştirak edib.
AzEdu.az xəbər verir ki, təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirmə prosesinin planlaşdırılması və həyata keçirilməsi barədə məlumatlar verilib, həmçinin qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilməli tədbirlər və vəzifələr barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, təlimdə tapşırıq və meyarlar üzrə mühümlük dərəcəsinin müəyyən edilməsi, tələb olunan bilik və bacarıqlarla bağlı praktiki tapşırıqlar yerinə yetirilib.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.