Dövlət İmtahan Məkrəzi (DİM) sosial şəbəkələrdə buraxılış imtahanına hazırlaşan abituriyentlərin ən çox ünvanladığı suala cavab verib.
Abituriyentlərin çoxu 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının modelində hər hansı bir dəyişiklik olacağı barədə kütləvi sual ünvanlayırlar.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanlarda hər hansı dəyişiklik nəzərdə tutulmur.
“2024-cü ildə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında builki imtahan modeli (o cümlədən xarici dil fənləri üzrə) tətbiq ediləcək”- deyə qurumdan əlavə olunub.
Qeyd edək ki, bu haqda sentyabr ayında ictimaiyyətə məlumat verilib və imtahan proqramları təqdim olunub.
//dim.gov.az/news/11834/?fbclid=IwAR1gOkNlK4rBua-KN5bOmo8kbqo8Yb-hmfZ4vTN0wnu9VzD9sZXq_5lCG1k