Azedu.az

APAK məktəb və bağçalarda seminarlar keçirir

Maraqlı

7 Noyabr 2023, 15:21
APAK məktəb və bağçalarda seminarlar keçirir

Azərbaycan Psixologiya Akademiyasının (APAK) təşkilatçılığı ilə məktəb və bağçalarda məlumatlandırıcı seminarlar keçirilir.

 

 

APAK-dan AzEdu.az-a verilən məlumata əsasən, akedemiyanın psixoloqu Ezgi Şahin ümumtəhsil müəssisələrində və bağçalarda müvafiq seminarlar təşkil edərək şagird və valideynlərə psixolojik dəstək olur.

 

 

Bildirilib ki, valideyn- övlad- müəllim münasibətlərində yaranan problemlərin uşaqların psixologiyasına təsiri barədə məlumatlandırıcı xarakter daşıyan silsilə seminar və vebinarlar təşkil olunur. Əlavə olaraq psixoloq uşaqlar üçün konsultasiya xidməti də göstərib.

 

 

Qeyd olunub ki, seminarların nəticəsi olaraq valideyn və şagirdlər tərəfindən müsbət geridönüşlər alınıb.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox