2023-cü ilin 4 noyabr tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda 2 saatlıq təlim təşkil edilib. Təlimdə Dövlət Statistika Komitəsinin 29 əməkdaşı iştirak edib.
AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası və həmin qaydada yer alan prosedur və düsturlar ətraflı izah edilib, qiymətləndirilmə prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.