Azedu.az

Hakim vəzifəsinə qəbul üzrə tеst imtаhаnı keçirilib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

4 Noyabr 2023, 09:11
Hakim vəzifəsinə qəbul üzrə tеst imtаhаnı keçirilib

163 nəfər müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.

 

AzEdu.az xəbər verir ki,Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən 2023-cü il noyabrın 3-də hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib.

 

İmtahan kompüterlər vasitəsilə elektron qaydada təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

 

İmtahanda 301 nəfər iştirak edib. 163 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.

 

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 6 və 7 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox